Laçın dəhlizinin girişində, Azərbaycan-Ermənistan şərti sərhədində mini gömrük məntəqəsi yaradılacaq.
Ulusal.az xəbər verir ki, bu fikirləri Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ilk məntəqə sülhməramlıların 1-ci postunda qoyulacaq:
“Müvafiq razılıq rəsmi Bakı ilə əldə olunub”.
Qeyd edək ki, Azərbaycan ərazisində gömrük məntəqəsini yalnız Azərbaycanın Gömrük Komitəsi təchiz edə bilər. Müvafiq olaraq, Volkovun dediyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.
Daha ətraflı videomaterialda: