image-rt-reklam
image-316317032_432160705788924_652970837217351090_nbackend

SEPAH komandiri Tehran valisi təyin edildi

image-728x90
Tehranda  etirazları güc yolu ilə yatırmaq üçün hərbçilər yüksək vəzifələrə gətirilir.
Ulusal.az xəbər verir ki, İran-İraq müharibəsi zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Əlirza Fəxxari hökumətin bazar günü axşam keçirilən iclasında səsvermə yolu ilə Tehranın valisi seçilib.
Xarici medianın verdiyi xəbərdə Fəxxarinin vali təyin edilməsi İran hökumətinin indiki durumda dövlət vəzifələrinə hərbçilərin yerləşdirilməsi hallarının artacağına nümunə kimi göstərilib.
İran mediasının məlumatında Əlirza Fəxxarinin hərbçi keçmişi ilə bağlı məlumat yaymamağa çalışılıb. O, bundan öncə SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının rəis müavini olub.
Əlirza Fəxxari radikal mühafizəkar qanada bağlı komandirlərdən sayılır və buna görə də, onun Tehran valisi təyin olunması ilə yaxın günlərdə paytaxtda daha çox zorakılıq və ciddi təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı gözlənilir.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90