image-rt-reklam
image-rasim-balayevbackend

Rasim Balayev: “İran bizim üçün ən təhlükəli ölkələrdən birinə çevrilib”

image-728x90

12″İran bizim üçün ən təhlükəli ölkələrdən birinə çevrilib. Fikrmcə, vətəndaşlarımız maksimum İrana səfər etməməlidirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev bildirib.

O, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli barədə də danışıb:

“Onun haqqında neçə gündür heç bir məlumata sahib deyilik. Bilmirik ki, tutublar, yoxsa öldürüblər. Həqiqətin nə olduğunu hələ də bilmirik. Ona görə də, vətəndaşlarımız o ölkəyə səfər etməli deyillər. Mənim orada dostum var. Bu yaxınlarda İrana dəvət elədi. Dedi ki, gəl 5-10 gün qal burada, amma getmədim, dedim nəsə edərlər. Düzdür, əvvəllər arada bir gedirdim. Dedim, “qardaş, mən gələ bilmərəm. Bunlar ermənilərə kömək edirlər, bizə isə düşmənçilik”. Görürük də, onlar istəmirlər Azərbaycan güclənsin, Azərbaycan güclü dövlət olsun. Qarınlarına ağrı dolub. Ona görə də, bu ölkəyə getməyi vətəndaşlarımıza məsləhət görmürəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90