image-rt-reklam
image-whatsapp-image-2023-01-27-at-11-16-10-1-900x490backend

Səfirliyimizə hücumla bağlı SENSASİON MƏLUMATLAR GƏLİR – TƏCİLİ

image-728x90

“Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının arxasında birbaşa İran xüsusi xidmət orqanları dayanır”.

Ulusal.az xəbər verir ki, bu iddia ilə “Caliber” çıxış edib.

Məlumatda deyilir:

“Başlanğıcda İran tərəfi öz izlərini ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, hücumda guya “erməni izi”nin olması ilə bağlı fikirlər səsləndirir. Bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir.

İran təbliğatının növbəti versiyası isə budur ki, guya iranlı Yasin Hüseynzadə hansısa şəxsi səbəbdən səfirliyin ərazisində saxlanılan “arvadını azad etmək” üçün iki uşağı ilə gəlib. Bu həm də sadəlövh uydurmadır və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını “məişət hadisəsi” kimi təqdim etmək üçün ucuz cəhddir”.

Mənbə bildirib ki, terrorçunun məqsədi bütün səfirlik əməkdaşlarını öldürmək olub:

“Terror aktının məqsədi həmin vaxt binada olan Azərbaycan səfirliyinin istisnasız olaraq bütün əməkdaşlarının öldürülməsi olub. Mühafizə xidmətinin cəsarəti sayəsində bundan da böyük faciə baş vermədi”.

Qeyd edək ki, terrorçunun səfirliyimizə “Kalaşnikov” avtomatı ilə hücumu onun daha çox insanı qətlə yetirmək planı olması barədə iddiaları gücləndirir. Səfirlik əməkdaşının qəhrəmanlığı sayəsində bu niyyətinin qarşısı alınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90