image-rt-reklam
image-33902338-442a-45ec-b22c-4c978afd54bdbackend

PUTİN BU TARİXDƏ YENİ HÜCUMA HAZIRLAŞIR… – “Müharibə illələ davam edə bilər”

image-728x90

Putin Ukraynada yeni hücumlara başlamağı planlayır.

Bu barədə ABŞ-ın “Bloomberg” nəşri etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda Putinin Ukraynada yeni hücum planlaşdırdığını, müharibənin hələ uzun müddət davam edəcəyi bildirilir.

Kremlə yaxın mənbələr yeni hücumun fevral və ya mart aylarında başlaycağını iddia ediblər.

“Bloomberg” yazır ki, Rusiyanın yazdakı ilk hədəfi paytaxt Kiyevi ələ keçirmək olacaq.

Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov isə “Bloomberg”-ə müsahibəsində bildirib ki, Rusiya-Ukrayna savaşı Birinci Dünya Müharibəsi kimi illərlə uzana bilər: “Hər iki tərəf də zənn edir ki, vaxt onların leyhinə işləyir. Ancaq Putin əmindir ki, Qərb və ya Ukrayna sonda bu müharibədən yorulacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90