Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı qeydləri müzakirələrə səbəb olub. O, “Azərbaycan xalqı bizim gözümüzün nurudur” deyə qeydlərində bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, Əli Əkbər Vilayətinin dedikləri mənasız bir sözdür.
“Deyib, sağ olsun. Nətər onun gözünün nuruyam ki, o ermənilərə kömək edir? Müsəlmən ola-ola, Əli şiəsi ola-ola, necə olur ki, Ermənistana dəstək verir, silahı o daşıyır? Uzun müddət Gürcüstandan Ermənistana silah daşıya bilməzlər. Bizdən də keçmir. Rusiya silahı İran vasitəsilə Ermənistana daşıdı. Mən necə inanım ona? İndi könlümüzü almaq üçün xoş söz deyib”, – deputat bildirdi.