“Putinin tapşırığı yerinə yetirilir, ordu şərqdə beş istiqamətdə irəliləməyə başlayıb”.
Bunu Ukrayna Silahlı Qüvvələri Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
General bildirib ki, hələ Kremli qarşıda ciddi sınaqlar gözləyir:
“Rusiya ən son texnikanı Ukraynaya çəkərək insanları maksimum səfərbər edir. Hərbçilər Putinə deyirlər ki, böyük müharibə perspektivsizdir, buna görə də Kreml diplomatik yollar axtarır. Lakin o, öz şərtləri ilə işğalı dayandırmaq istəyir ki, bu da Kiyev üçün qəbuledilməzdir.
Qərbin mövqeyinə gəlincə, təəssüf ki, Putinin neft və qaz dollarları ilə qidalanan bəzi Qərb siyasətçiləri artıq müharibənin dayandırılması məsələsini gündəmə gətirirlər. Sülh danışıqları Ukrayna ərazisinin 20%-nin itirilməsi deməkdir”.