Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Ulusal.az xəbər verir ki, bu xain terror hadisəsi ilə bağlı açıqlama verən Tehranın polis rəisi briqada generalı Rəhimi təxribatçı açıqlama ilə çıxış edib.
Rəhimi bildirib ki, terroru həyata keçirən şəxs Azərbaycan vətəndaşıdır: “İlkin araşdırmalar hücumun motivinin şəxsi və ailə problemləri olduğunu göstərir. Həmin şəxs 55 yaşlı şəxsdir və araşdırmalar aparılır”.