image-rt-reklam
image-315317730_426921749646153_8149475033538308396_nbackend

Həbsdə işgəncə verilən Azərbaycanlı gənc qız intihar etdi

image-728x90
Həbsxanada işgəncə verilən Azərbaycanlı gənc qız Yəlda Ağafəzli sərbəst buraxıldıqdan sonra intihar edib.Ulusal.az xəbər verir ki, onun Tehranın Qərçək zindanında saxlanıldığı zaman fiziki və psixoloji təzyiqlərlə üzləşdiyi bildirilir.
Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsxanadan buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.
Noyabrın 12-də dəfn mərasimi keçirilən gəncin ailəsinə basqı edildiyi, yas mərasiminin məhdud və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil edildiyi qeyd edilir.
Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik idarəsinin təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Noyabrın 11-də intihar edən gəncin həbsxanada qarşılaşdığı zorakılıq və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90