image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilərin Qarabağa keçidinə birbaşa Azərbaycan nəzarət edir” – Arzuman Muradlı

image-728x90

“Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından əhəmiyyətlidir.Bu Azərbaycan tərəfinin siyasi və diplomatik təzyiq yolu ilə qazandığı qələbədir” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, Bakı bu addımı ilə  “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını bir daha nümayiş etdirdi.

“Dünən Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkliyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Digər 23 erməni isə Gorusa qayıdıb. Ermənilərin Gorusu qaytarılması o deməkdir ki, artıq Qarabağa başqa ölkə vətəndaşlarının qnunsuz girişinə icazə verilmir. Bir məsələ artıq bəllidir ki, Ermənistan -azərbaycan sərhəddində Azərbaycan tərəfi pasport qeydiyyat yoxlaması aparır və qanunsuz Qarabağa daxil olmaq istəyənləri geri qaytarır. Bu Azərbaycan tərəfinin tam qələbəsidir” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90