image-rt-reklam
image-1669796303_photo_2022-11-30_12-13-57backend

Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından AZAD EDİLƏCƏK

image-728x90

“Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır”.

Ulusal.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bu gün “Ticarət və ixracat” adlı forumda deyib.

O bildirib ki, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir.

“Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən “Yeni gömrük, gələcəyə baxış” proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək “e-customs” portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur”, – deyə o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90