“Laçın dəhlizi Rusiya Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Bu dəhlizi Azərbaycan yox, Rusiya sülhməramlıları bağlayıb” – Ulusal.az xəbər verir ki, bunu dekabrın 20-də Milli Assambleyanın növbədənkənar sessiyasında hakim “Mülki Müqavilə” partiyasının deputatı Arman Yeqoyan deyib.
“Müxalifət bizi günahlandırır. Neyləyək Rusiyaya müharibə edək? Regionda söz sahibi indi onlardır. Bu dəhlizin bağlanmasının səbəbləri var. Müxalifətin düşündüyü kimi deyil, Rusiyanın Laçın dəhlizinin bağlamasının tam fərqli səbəbləri var.”, – hakim partiyanın deputatı bildirib.