İki gün əvvəl Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhmrəamlı qüvvələrinin Xankəndidə yerləşən mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirilib. Ulusal.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, aksiyanın təşkilatçısı separatçıların nümayəndəsi Samvel Babayanın yaxın dostları Davit Vanyan və Artur Osipyan olub. Belə ki, onlar 30 nəfərlə qərargahın qarşısına gələrək, rus hərbçilərinin öz vəzifələrini icra edə bilmədiklərinə etiraz ediblər. Aksiyaçılar həmçinin rus komandanlıqdan Qarabağı tərk etməsini tələb ediblər.
Erməni mənbələri baş verən bu hadisədən narahat olduqlarını vurğulayıblar. Onlar iddia ediblər ki, Babayanın dostlarını qızışdıran Ermənistanın baş naziri Nikol Paşinyandır. Onlar hesab edirlər ki, Paşinyan Qarabağda anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq üçün belə addımlar atır.jamaz