image-rt-reklam
image-1668064780_arayik-arutyunyanbackend

Arayik Arutyunyan dindirildi

image-728x90

Qarabağdakı separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan rejimin sabiq “komandan”ı general-leytenant Mikael Arzumanyana qarşı açılan cinayət işində dindirilib.

Ulusal.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb.

Belə ki, o, Şuşanın guya Azərbaycana təslim edilməsində günahlandırılır. Daha sonradan məhkəmə Arzumanyanın həbs edilməsi barədə qərar qəbul edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90