Rusiya “Renault” şirkətinin keçmiş zavodunda “Moskviç” markasından olan avtomobilin yeni modelinin istehsalına başlamağı planlaşdırır.
Bu barədə məlumat Rosstandartın data bazasında dərc olunub.
Amma slinə isə “yeni” “Moskviç” avtomobilləri Çinin JAC JS4 krossoverinin əksidir.
Yeni avtomobillərin həm benzin, həm də elektriklə işləyən modifikasiyaları olacaq.
Eskizlərdən bəlli olur ki, avtomobilin xarici görünüşü orjinaldan fərqlənməyəcək.
Həm benzin, həm elektriklə
“Moskviç” brendinin bərpa olunacağını Moskva meri Sergey Sobyanin demişdi.
Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinin ardınca Fransanın avtomobil nəhəngi – “Renault” alyansı Rusiya bazarını tərk edib.
Vaxtilə “Renault” şirkətinə verilmiş keçmiş “Moskviç” zavodu şəhər hakimiyyətinə qaytarılıb.
Noyabrın 18-də Sobyanin deyib ki, avtomobillərin yığılmasına bu həftə başlanacaq.
Bundan əvvəlki xəbərlərə görə ilin sonunadək 600 avtomobil buraxılacaq. Bunlardan 400-ü benzin, 200-ü elektriklə işləyəcək.
Bu da bildirilir ki, ən azı ilk mərhələdə söhbət Rusiya istehsalından yox, iri hissələrin yığılmasından gedir.
Çin avtomobili Rusiya bazarında satılsa da reklam olunmur
Çinin JAC şirkəti səhmlərinin 50 faizinin sahibi Almaniyanın Volkswagen şirkəti, digər yarısının sahibi isə Çin hökumətidir.
Çin şirkəti JS4 modifikasiyasını 2020-ci ildən daxili bazarda satır. Elə həmin vaxt bu markanın Rusiya bazarında da satılacağının anonsu verilmişdi.
Avtorevyu jurnalı yazır ki, Çin avtomobilinin orjinal marka ilə təqdimatı oktyabr ayında olmalı idi, lakin tədbir sonradan ləğv edilmişdi.
Çin avtomobillərinin ilk dəsti Rusiyaya hələ yayın əvvəllərində gətirilmişdi. Bu avtomobillərin reklamları verilmir.
Görünür bunu, avtomobillərin gələcək “Moskviç”lə rəqabətə girməməsi üçün edirlər.pressklub