“Mən danışıqların “Brüssel” adlanan platforma ilə bağlı fikrimi əvvəldən demişəm. Avropa İttifaqının (o cümlədən Fransa) və ya ABŞ-ın 10 noyabr status-kvonunu hüquqi və müqavilə formasına gətirmək və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün səy göstərəcəyini təsəvvür etmək mənasızdır”. Bunu Qarabağdakı erməni separatşılarının nümayəndəsi Vahram Atanesyan deyib.
O bildirib ki, ABŞ və Fransanın Qarabağ məsələsini qapalı hesab etmədiyini söyləmək nəticəsiz xülyadır. “10 noyabr razılaşması ilə Qarabağ məsələsi bağlanmayıb. “Üç tərəfli vasitəçilik” yeni eskalasiya ehtimalını azaltmır, əksinə üç dəfə artırır. Çünki Vaşinqton, Paris və ya Brüssel bir halda bizim regionda praktiki rol oynaya bilər: Rusiya vəziyyəti idarə etmək rıçaqlarını itirərsə. Yeni Ermənistan-Azərbaycan münaqişəsi (daha geniş miqyasda) baş verərəsə, bu dəfə ABŞ, Fransa və ya Avropa Birliyinin vasitəçiliyi ilə yeni atəşkəs müqaviləsi bağlanacaq. Bizim “dünya Azərbaycan təcavüzünün cəzasını verəcək, hər şey ermənilərinin istədiyi kimi olacaq” kimi xəstə bir gözləntimiz var. Bu baş verməyəcək. Sadəcə yeni əzablarımız və acı məyusluqlarımız olacaq. 44 günlük müharibədə ən ağır məğlubiyyətin yeganə mümkün “kompensasiyası” 10 noyabr sənədidir”.
Vahram Atanesyan iddia edib ki, yeni müharibədə heç olmasa Kəlbəcər-Laçın xətti təmizlənsə, ermənilər daha çox şey əldə edə bilər. “Hazırkı vəziyyətdə buna yalnız ifrat romantiklər inana bilər. Bir də ki, yalnız erməni xalqının böyük “dostları” belə bir avantüraya ilham verə bilər”.jamaz