image-2000x150
image-1669031798_2backend

“Xankəndinə QAZ KƏMƏRİNİN çəkilməsi razılaşdırılıb” – EKSPERT

image-728x90

Noyabrın 16-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət proqramında bir sıra mühüm məqamlar yer alıb ki, onlardan biri də Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsidir.

Belə ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Bunu açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, belə bir qərarın verilməsi Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı qəti və birmənalı mövqeyindən xəbər verən amil kimi dəyərləndirilməlidir:

“Həmin qərarın qəbulu və icrası istiqamətində həyata keçiriləcək siyasət təbii ki, perspektivdə Qarabağın ermənilər yaşayan ərazisində də Azərbaycanın ərazi bütövlüyünün bərpa və dövlət suverenliyimizin bərqərar olacağına bir ismarıcdır. Heç şübhəsiz bu qərarı Azərbaycan hakimiyyəti bölgədə geosiyasi maraqları olan müəyyən beynəlxalq güc mərkəzlərilə razılaşdırılmış şəkildə qəbul edib. Hərçənd ki, həmin məsələ Azərbayanın daxili işidir.

Rusiyadan olan erməni əsilli milyarder Vardanyanın gözlənilmədən qondarma rejimdə vəzifə alması Moskvadakı bəlli dairələrin Qarabağ kartından istifadə etməyə çalışacaqları ilə bağlı müəyyən məqamlardan xəbər verir.

İşğaldan azad edilmiş ərazilərə qayıdışa dair qəbul edilən dövlət proqramında Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi məsələsinin yer alması da bu mənada görünür Azərbaycan hakimiyyətinin həmin bəlli dairələrə ismarıcı kimi qəbul olunmalıdır.

Ağdamdan Xankəndiyə məlum qaz kəmərinin çəkilməsi və digər infrastruktur layihələri bütövlükdə Azərbaycanın bölgədə, həm də iqtisadi nüfuz imkanlarının artmasına hesablanmış layihələrdir. Bu mənada həmin layihəni Qarabağla bağlı iqtidarın həyata keçirəcəyi növbəti uğurlu layihə kimi qiymətləndirmək olar”.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90