image-rt-reklam
image-resizebackend

Ukraynada çeçen və rus hərbçilər arasında atışma: 3 nəfər yaralandı

image-728x90

Ukraynanın Donetsk vilayətində yeni səfərbər edilmiş Rusiya hərbçiləri ilə Çeçenistan ərazisindən gələn kadırovçular arasında gərginlik davam edir.

Ulusal.az xəbər verir ki, bu barədə noyabrın 12-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da məlumat yayıb.

“Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində səfərbər edilmiş hərbi heyətlə Çeçenistan Respublikası ərazisindən gələn işğalçı döyüşçülər arasında münasibətlər gərgin olaraq qalır”, – hesabatda deyilir.

Baş Qərargahın məlumatına görə, Donetsk vilayətinin Makeyevka şəhərində daha bir atışma 3 nəfərin yaralanması ilə nəticələnib./Moderator.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90