Qədim Mesopotamiyanın mif və əfsanələrində, Herodotun “Tarix”ində və keçmişin bir çox başqa əsərlərində vəhşi çılpaq və tüklü insanların xatırlanmasına tez-tez rast gəlinir. Herodot yazır: “Qafqazda o vaxtlar yabanı ağacların və kolların meyvələrini yeyən çoxlu meşə adamları olub, kişilərlə qadınların əlaqəsi mal-qara kimi sərbəst, heç bir utancaqlıq olmadan olub”
İtaliyan səyyahı Xaverio Qlavani “Çərkəzin təsviri” (18-ci əsrin sonu) əsərində bir vaxtlar Qafqaz silsiləsindən keçən alpinistlər dəstəsinin it kimi dişləyən “meşə adamları”ın hücumuna məruz qalmasından bəhs edir.
1988-ci ilin may ayında “Dünya ətrafında” jurnalında Tsiteltskaro yerli tarixçi, yazıçı və jurnalist, biologiya elmləri namizədi, moskvalı Pyotr Lesnovun “Meşədəki həyat. Qabriel Tsiklaurinin müəllifə söylədiyi qeyri-adi hekayə” essesi dərc edildi. Pyotrun Tsiteli-Tskaroya səfərlərinin birində yerli tarixçi İosif Menteşaşvili onun yanına Qabriel Tsiklaurini gətirdi və o, 1914-cü ildə, yeniyetmə ikən itib-batarkən iki il ərzində yanlarında qaldığı meşə adamları qəbiləsi barədə başına gələn qeyri-adi bir hadisəni danışdı.
Və bu dünya alimlərini şoka salacaq hadisə Azərbaycan ərazisində, Lənkəran-Astara arasında olan Talış dağlarında olan qalın sıx meşədə baş vermiş idi. Gürcü tədqiqatçının iki il ərzində “meşə adamları” dedikləri insanlar məhz Talış dağlarında tapılıb.
Hadisə belə idi:
“1914-cü ildə 14 yaşlı yeniyetmə Qabriel Tsiklauri Tiflis quberniyasının Mtsxeta rayonunun Natbeuri kəndindən qovuldu. Sığınacaq tapa bilməyən oğlan mal-qara alıcılarının yanında işə düzəlir. Kənd-kənd piyada Azərbaycana çatdılar. Orada yeniyetməni çoban kimi bir bəyə təyin etdilər. Bir gün Qabriel qayığa minib Xəzər dənizinə çıxır və güclü külək onu aparıb bir sahilə çıxardır. Burada Talış meşələrinə çıxış olduğu üçün ora gedib özünə sığınacaq düzəldir. Bir gün meşədə ona bir dəstə insan yaxınlaşır və onlar çılpaq, gur saqqallı idilər. Onların arasında qadın yox idi. Yad adamlar oğlanın yanında dayanıb iti çubuqları ona tərəf tutdular. Hücum etməyəcəyinə əmin olduqdan sonra onları endirdilər və anlaşılmaz bir dildə nəsə mızıldanmağa başladılar, sonra onun əllərindən tutub öz düşərgələrinə gətirdilər, orada bir neçə qamışdan tikilmiş daxmalar var idi. Oğlanla çox mehriban davrandılar. Ertəsi gün səhər qəhrəmanımız üçün tamamilə gözlənilməz bir nikah mərasimi baş verdi və onu öz ailələrinə qəbul etdilər. Ona daxma tikməyə kömək etdilər. Bu dinc insanlar daş dövründə sözün tam mənasında yaşayırdılar. Onlar odda yandırılan çubuq və daşlardan başqa heç bir alət bilmirdilər. Meşənin meyvələri əsas qidaları idi, heyvanları tələyə saldılar və çubuqlarla döydülər. Onların arasında qocalar demək olar ki, yox idi: onlar sadəcə olaraq belə şəraitdə yaşaya bilmirdilər. Bir il sonra gürcünün oğlu dünyaya gəldi. Lakin uşağın bir yaşı olmamış meşə adamları yoxa çıxdılar, o bütün meşəni gəzib onları tapa bilmir və dəniz kənarına gəlir. Balıqçılar onu xilas edirlər, lakin dediklərinə inanmırlar”
Sovet dövrünün ən nüfuzlu jurnalı “Dünya ətrafında” bu məqalə dərc ediləndən sonra Dövlət Təhlükəsizlik qurumu bunu nəzarətə götürdü. Azərbaycandan jurnala məktublar gəlirdi ardıcıl, “meşə adamlarının” yerini müəyyənləşdirib bu meşə adamlarının adlarını verdilər, onların hansı dildə danışdıqlarını, qədim zamanlarda Azərbaycanın yerli əhalisi ilə münasibətlərinin necə inkişaf etdiyini, haqqında nə eşitdiklərini bildirdilər.
Yerli əhalinin dediklərinə görə meşə adamlarının dili nə talış, nə fars, nə türk nə digər dillərə aid deyil idi. Bu tədqiqatçı Lesnov Petr Aleksandroviçi maraqlandırır və bu meşə adamlarını axtarmaq üçün Azərbaycana gəlir. Onun araşdırmasından kiçik bir hissə:
“Nemətovun, eləcə də bu yerlərin əsilli digər azərbaycanlı Ənvər Səlahəddin Feyzulayevin məktubu bir daha yadımıza düşdü. Sonuncunun məktubunda ilk növbədə diqqət etmədiyimiz qulyebanılardan xüsusi söz açılır. Q.Tsiklaurinin haqqında danışdığı meşə adamları ilə qulyebanılar eyni şeyi ifadə edə bilməzlər. Feyzulayev bizə meşə sakinləri haqqında bir çox təfərrüatları danışdı. Məhz onun məlumatları bizi yerli mənzərəyə xüsusi diqqət yetirməyə vadar etdi”
Yerli sakinlərin bəziləri meşədə çılpaq adamları gördüklərini təsdiq edirdilər:
“Mən tənha çılpaq, balacaboy bir kişinin qarşısında gördüm ki, o, yan tərəfə sıçrayıb kolluqlarda gözdən itdi.”
Yerli əhali ilə söhbətlər aparırlar. Ağsaqqalar bildirirlər ki, sovet dövləti qurulana qədər yerli gəncləri “vəhşi qadını” tutmaq üçün meşəyə tək getmək kimi əyləncələri olub. Lakin bu günə qədər bu qadınları heç kim tuta bilməyib, amma bəzi gənclərin sinələrində ağac nizə zərbəsi ilə ölüsünü tapıblar.
Yaşlı adamlar bildiriblər ki, onlar heç bir yerdə yoxa çıxmayıblar, dağlara köçüblər. Bəziləri isə qeyd edirdi ki, meşədə onlar yeraltında qazdıqları sığınacaqlarda hələ də yaşayırlar.
Qeyd edim ki, 19-cu əsrin əvvəllərində subtropik Talış meşələrini təsvir edən tədqiqatçı K. Satunin də təsdiq edir ki, “bu sıx ağaclar arasında həqiqətən “meşə adamı” gizlənə bilər”
Bu adamlar kimlər idi? Burada tədqiqatçıların fikirləri haçalanır. Bəziləri onları İrandan gəlmə, bəziləri Rusiyadan dəniz yolu ilə gəlmələrini iddia edirlər. Gürcü alimləri isə inadkarcasına iddia edirlər ki, guya bunlar gürcülərdir və müharibələrdən qaçıb burda gizləniblər qədim dövrlərdə. Bəziləri isə onların qədim dövrlərdən burda yaşayan aborigen tayfa olduğunu qeyd edirlər. Məsəl üçün ərəb yazıçısı Əbn əl-Əsir 1221-1223-cü illərdə monqolların Şimali Qafqaza yürüşünü təsvir edərək bildirir ki, onlar tərəfindən məğlub edilən qıpçaqlar “bataqlıqlara və dağların zirvələrinə” qaçıblar. Ancaq bu fakt özü təsdiq etmir ki, bu meşə adamları onların varisləridir.
Lesnov və ekspedisiya Moskvaya geri qayıdır və hesabatları əsasında sovet təhlükəsizlik qurumları xüsusi əməliyyat hazırlayırlar. Onlar peşəkar izçilərlə birgə Talış meşələrində, dağlarında axtarışlara başlayırlar. Əlimizdə olan məlumata görə bir ailəni ələ keçirə bilirlər. Lakin qalanların tapa bilmirlər. “Tam məxfi” dosyesi açılır və Moskvada yüksək dairələrdə bu adamların qalanlarını axtarış edilməsi və gizləndikləri yer aşkar olunmasa ya zəhərli dərmanlar meşə atmaq, yaxud ora silahlı müdaxilə məsələsi müzakirə edilir. Tapılan ailə isə Moskvada xüsusi bir düşərgəyə aparılır. Lakin dərmanlamaq və digər işlər 1988-ci ildə baş verən hadisələrə görə dayanır. Bu şəxslərin bu gün də barəsində Lənkaran-Astara zonasında söhbətlər edilir. Onların hələ də meşələrdə, yeraltı sığınacaqlarda yaşaması iddia edilir. Bu yazını hazırlayan zaman o regiondan olan bir yerli belə bir məlumat verdi:
“Babam deyirdi ki, gəncliyində yoldaşları ilə tayfadan uzaqlaşan meşə gözəlini tutmaq üçün əlində xəncərlə gizlicə meşəyə gediblər, görüblər, amma tuta bilməyiblər.”
Təqdim edilən fotolarda ekspedisiyanın çəkdiyi yerlərdir.
Mənbə:
• Журнал “Вокруг света” мае 1988 года
• Пётр Згонников “О Петре Леснове. Вступительная статья к циклу “Памяти Петра Леснова”
• Непомнящий Николай Николаевич “Зоопарк диковин нашей планеты” 2000
• Леснов П.А. На берегах Алазани.. . М., Мысль. 1980
• С Грузией в сердце. – Газета «Вечерний Тбилиси», 10 сентября 1988 года, № 209:
• Sənədlər, qeydlər, məktublar və hesabatlar
Zaur Əliyev dosent