image-rt-reklam
image-1backend

“RUSİYANIN AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR” – “Moskva-Bakı qarşıdurması yumşaq fazaya keçir”

image-728x90

Azərbaycana qarşı təhdid və təzyiq dilinin gözlənilən effekti vermədiyini, əksinə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini daha da sarsıtdığını anlayan Kremlin ölkəmizə qarşı münasibəti bir qədər yumşaltdığı müşahidə olunur.

Ulusal.az xəbər verir ki, Rusiya Dumasının 4 dəfə ardıcıl deputatı olmuş Oleq Şein bu mövzuda maraqlı paylaşım edib.

Rusiyalı siyasətçi öz “Telegram” kanalında yazıb ki, “Bakı ilə Moskva arasında münaqişə yumşaq fazaya daxil olur”.

Şein qeyd edir ki, Azərbaycana qarşı hərbi müdaxilə heç də “pasifizm”ə görə deyil, obyektiv səbəblərə görə istisna edilir. O hesab edir ki, bir tərəfdən Kremlin diqqəti Ukraynadakı müharibəyə yönəlib, digər yandan, Azərbaycana qarşı hər hansı hərbi addım atılsa, Türkiyə açıq-aydın kənarda dayanmayacaq.

Şeinə görə, Rusiyanın Azərbaycana qarşı iqtisadi təzyiq rıçaqları da son dərəcə məhduddur: “Azərbaycana birbaşa xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Ermənistanda bu rəqəm 70%-ə çatır.

Rusiyaya ixrac Azərbaycanın xarici dövriyyəsinin cəmi 3,5%-ni təşkil edir. Müqayisə üçün, Gürcüstanda 48 faizdir.

Azərbaycan Rusiyaya 1,2 milyard dollarlıq mal satır, Rusiyadan isə 3,6 milyard dollarlıq mal alır – ticarət müharibəsi Rusiya müəssisələrinə üç dəfə daha çox zərbə vuracaq.

Rusiyadan köçürmələr Azərbaycana xaricdən bütün özəl köçürmələrin cəmi 11%-ni təşkil edir. Rusiyadakı Azərbaycan diasporunun sayı isə (rəsmi rəqəmlərə görə-red.) son 5 ildə 470 mindən 330 minə qədər azalıb.

Ümumiyyətlə, Azərbaycan iqtisadi cəhətdən müstəqildir və indi o, çoxqütblü dünyanın, belə demək mümkünsə, reallıqda necə göründüyünü nümayiş etdirir.

Bəli, belə bir dünyada kifayət qədər uğurla yaşamaq mümkündür, əgər təbii ki, siz digər ölkələri bərabərhüquqlu tərəfdaşlar hesab edirsinizsə”.

Göründüyü kimi, təcrübəli və məntiqlə düşünməyi bacaran siyasətçilər Kremlin səhv yolda olduğunu anlayır və qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə dayanan münasibətlərin qurulmasının zəruriliyini qeyd edirlər.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90