İranlı aparıcının paylaşımı sosial mediada müzakirələrə səbəb olub.Ulusal.az xəbər verir ki, İranın dövlət televiziyası IRIB News-un tanınmış xəbər aparıcısı Səhər Emami “X” (keçmiş Twitter) sosial şəbəkəsində etdiyi paylaşım ilə gündəmə gəlib. O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, sadəcə “Tezliklə…” (ing. Soon…) sözünü yazıb. Qısa, lakin simvolik paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu İranın mümkün nüvə mesajı kimi dəyərləndirərkən, digərləri siyasi və ya simvolik bir jest kimi şərh ediblər.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Səhər Emami ötən ay İsrailin İran dövlət televiziyasının infrastrukturuna təşkil etdiyi raket hücumu zamanı yaralanmışdı.