image-rt-reklam
image-1backend

ABŞ-Səudiyyə Ərəbistanını cəzalandırır: Bu xanım Türkiyəyə göndərildi 

image-728x90

Amerika Birləşmiş Ştatlarının Livandakı xüsusi elçisi və eyni zamanda ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın geri çağırılması ilk baxışda adi bir diplomatik rotasiya təsiri bağışlasa da, əslində bu qərar Birləşmiş Ştatların Yaxın Şərq siyasətində daha dərindən gedən böhranın əlamətidir. Bu addım Vaşinqtonun Livanla bağlı gündəmi nəzarətdə saxlamaq uğrunda Səudiyyə Ərəbistanı ilə apardığı mübarizədə mövqeyini itirmək istəmədiyini göstərir.

Trampın elçisi prinsin təsiri altına düşdü

Vaşinqton faktiki olaraq etiraf edir ki, Trampın Livan üzrə xüsusi nümayəndəsi və səfir Barrak zəif fiqura çevrilib. O, Livan məsələsini nəzarətdə saxlaya bilməyib və Səudiyyə şahzadəsi Yəzin bin Fərhanın təsiri altına düşüb. Bu, ABŞ üçün təkcə uğursuz diplomatik təyinat deyil, həm də onların Livan strategiyasına ciddi zərbədir.

ABŞ-ın Livan strategiyası balans siyasətinə əsaslanırdı: sünni və şiə qrupları, Ər-Riyad və Tehran, zəif Livan dövləti və faktiki muxtar “Hizbullah” arasında tarazlığı saxlamaq. Barrak isə bu balansı poza biləcək jestlərə yol verib. O, Livanın “Bilad əş-Şam” adlı regional inteqrasiya layihəsinə daxil edilməsini təklif edib. Bu isə ABŞ üçün İrana rəğbət jesti kimi qəbul edilib və “qırmızı xətt”in aşılması sayılıb.

Livanda sabitlik yox, qarşıdurma var

Hazırda Livan İsraillə cənub sərhədindəki iyun-iyul toqquşmalarından sonra zəif bir atəşkəs mərhələsindədir. Ölkədə dərin iqtisadi böhran hökm sürür, hökumət fəaliyyətsizdir, “Hizbullah” isə cənubda silahlı nəzarətini qoruyub saxlayır. Belə bir şəraitdə ABŞ-ın atdığı istənilən diplomatik addım Livanın İsrail, Suriya və İranla münasibətlərinə, eləcə də Aralıq dənizinin şərqindəki enerji layihələrinə təsir edir.

Məhz bu səbəbdən Vaşinqton üçün Livanda həm “Hizbullah”a, həm də Səudiyyənin artan təsirinə qarşı dura biləcək güclü fiqurun olması həyati əhəmiyyət daşıyır.

Mörqan Ortaqusun qayıdışı: ABŞ strategiyasının sərtləşməsi

ABŞ administrasiyası Mörqan Ortaqusun Livana qayıdışı ilə bağlı qərar versə, bu yalnız kadr dəyişikliyi yox, eyni zamanda ciddi strateji siqnal olacaq. Ortaqus Dövlət Departamentində çalışarkən İranın sərt tənqidçisi və “Hizbullah”a qarşı fəal siyasətin tərəfdarı kimi tanınıb. Onun İsrail təhlükəsizlik strukturları ilə sıx əlaqələri olub və “maksimum təzyiq” siyasətinin təşviqatçılarından sayılırdı.

Bu mənada, Ortaqusun Livana qayıdışı ABŞ-ın “müqavimət oxuna” — yəni İran, “Hizbullah” və Suriyadakı İranpərəst qruplara qarşı birbaşa qarşıdurma kursuna keçəcəyinə işarədir.

Səudiyyə artıq “kiçik qardaş” deyil

Digər tərəfdən, Səudiyyə şahzadəsi Yəzin bin Fərhanın Barraka açıq müdaxiləsi Vaşinqtonda narazılıq yaradıb. ABŞ-ın gözündə bu, Səudiyyənin artıq əvvəlki kimi itaətkar tərəfdaş olmadığını, əksinə, müstəqil və bəzən ABŞ-ın maraqlarına zidd addımlar atmağa meylli bir gücə çevrildiyini göstərir.

Ər-Riyad hazırda bütün diplomatik cəbhələrdə — OPEK+ neft kvotalarından tutmuş ərəb-İsrail münasibətlərinə qədər — öz şərtlərini irəli sürməyə çalışır. Livandakı vəziyyət də bu daha geniş oyun planının bir hissəsidir. Səudiyyə ABŞ-ın bölgədəki zəifləməsindən istifadə edərək, İranın qarşısında dayanan əsas qüvvəyə çevrilmək niyyətindədir.

Regionda yeni ittifaqlar və yeni qarşıdurma dalğası

ABŞ-ın Suriyada mümkün danışıqlara və Livanın cənubunda ehtimal edilən yeni İsrail əməliyyatına hazırlaşdığı bir vaxtda, belə bir kadr dəyişikliyi regionda yeni qarşıdurma mərhələsinin başlanğıcı ola bilər. Bu qarşıdurma yalnız ABŞ ilə İran arasında deyil, həm də ABŞ və Səudiyyə Ərəbistanı kimi müttəfiqlər arasında baş verə bilər.

Yekunda isə bu böhran göstərir ki, Livan artıq sadəcə bir regional problem deyil, daha böyük geosiyasi oyunun mərkəzinə çevrilir. Bu oyunda isə tərəflər yalnız rəqiblərlə deyil, bəzən öz müttəfiqləri ilə də üz-üzə qalmağa məcbur olurlar.haqqin.az

Tərcümə Ulusal.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90