image-rt-reklam
image-7bd098ad5b5b94c8a01b04d10ee45b16backend

Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır – ŞOK

image-728x90

Ulusal.az Caliber.az-ın materialına əsasən xəbər verir ki, Rusiyanın Ermənistandakı Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasına son zamanlar artan texnika və canlı qüvvə göndərişi yalnız planlı rotasiya deyil.

Caliber.az analitik platformasının apardığı araşdırmalar və ekspert dəyərləndirmələri, Moskvanın bu addımının daha genişmiqyaslı məqsədləri hədəflədiyini göstərir: Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək və Azərbaycanla yeni müharibə ssenarisini reallaşdırmaq.

Yay aylarında – iyun və iyulda – 102-ci bazaya müxtəlif hərbi texnikaların və təlim keçmiş kadrların göndərilməsi müşahidə olunub. Gələnlərin arasında “daxili sabitliyin təminatı” üçün nəzərdə tutulmuş xüsusi bölmələrin olduğu bildirilir. Caliber.az qeyd edir ki, bu texnika və canlı qüvvə sadəcə Ermənistanın müdafiəsi üçün deyil, Paşinyana qarşı çevriliş ssenarilərində istifadə oluna bilər.

Screenshot_2.png (681 KB)

Maraqlıdır ki, Rusiya bu texnika və hərbçiləri Ermənistana göndərmək üçün Azərbaycanın hava məkanından istifadə etməyə çalışsa da, Bakı buna icazə verməyib. Caliber.az yazır ki, Azərbaycan 102-ci baza üçün nəzərdə tutulan hərbi yüklərin öz ərazisindən keçidinə birmənalı olaraq “yox” deyib. Bu, Bakının regionda baş verənlərdən xəbərdar olduğunu və Rusiyanın Ermənistan daxilindəki daxili-siyasi planlarını hiss etdiyini göstərir.

Rusiya Ermənistana göndərdiyi texnikalar arasında yalnız sərhəd və dağlıq şərait üçün deyil, şəhər döyüşləri və küçə qarşıdurmaları üçün nəzərdə tutulmuş vasitələr də var. Bu isə yalnız Azərbaycanla sərhəddə qarşıdurma deyil, eyni zamanda Ermənistandakı daxili narazılıqları yatırmaq, Paşinyan hökumətini devirmək və onun əvəzinə pro-Kreml qüvvələri hakimiyyətə gətirmək niyyətindən xəbər verir.

Screenshot_1.png (538 KB)

Məqalədə qeyd olunur ki, Rusiya planının ilk mərhələsində Paşinyanı devirmək, sonra isə yeni, daha itaətkar hökumət vasitəsilə Ermənistanın kursunu Qərbdən uzaqlaşdırmaq və tamamilə Moskvanın orbitinə qaytarmaq dayanır. İkinci mərhələdə isə Azərbaycanla yeni münaqişə yaratmaq, bununla həm Azərbaycanı zəiflətmək, həm də Ermənistan cəmiyyətini yeni düşmən obrazı ətrafında birləşdirmək hədəflənir.

Caliber.az bildirir ki, Azərbaycanın zamanında və prinsipial müdaxiləsi – hava məkanını bağlaması – bu planın birinci mərhələsini, yəni 102-ci baza üzərindən çevriliş təşəbbüslərini çətinləşdirib. Bununla yanaşı, Bakı bu mesajı da verib ki, regionda planlaşdırılan istənilən təxribat və ya qarşıdurma Azərbaycanın maraqları nəzərə alınmadan baş tutmayacaq.

Bu məlumatlar fonunda ekspertlər Rusiyanın Ermənistanda öz maraqları naminə çevriliş hazırladığı qənaətindədir. Eyni zamanda, bu proseslər təkcə Ermənistanın daxili siyasi sabitliyinə deyil, Azərbaycanla münasibətlərə və Cənubi Qafqazın ümumi təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90