image-rt-reklam
image-1200_0_1664898601-9984backend

Şimali Koreya rus əsgərləri üçün forma tikir – KİV

image-728x90

BMT Təhlükəsizlik Şurasının qətnaməsi  Şimali Koreyadan bütün tekstil ixracatını tamamilə qadağan edir.

Ulusal.az xəbər verir ki, Şimali Koreya fabrikləri BMT-nin sanksiyalarına zidd olaraq Rusiya əsgərləri üçün geyim formaları istehsal edir.

“ Azad Asiya” radiosunun Şimali Koreyadakı mənbələrə istinadən verdiyi məlumata görə, Şimali Koreyanın paytaxtı Pxenyanda və ölkənin digər bölgələrində ən azı üç fabrik rus ordusunun qış geyimləri ilə təchizatı prosesinə cəlb olunub.

“Pxenyanın Moranbon rayonundakı ixrac geyim fabriki… artıq bir aya yaxındır ki, Rusiya hərbi geyimləri istehsal edir. Onlar Ukrayna ilə müharibədə olan əsgərlər üçün qış geyimləri və alt paltarları tikirlər. Mən yüksək rütbəli bir məmurdan eşitmişəm. Fabrikdə forma tikmək üçün rus parçasını alıblar, Rusiya isə böyük partiyalar sifariş edir”, – məlumatlı mənbə bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90