“Putinə sui-qəsd ola bilər” – Ulusal.az xəbər verir ki, bu iddia ilə Ukrayna Prezident Aparatının müşaviri Oleksiy Arestoviç ” Qordon” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində çıxış edib.
Onun fikrincə, Rusiya prezidentinə yaxın adamlar xalqın “kütləvi şəkildə öz liderini uğursuzluğa düçar etdiyini” başa düşəndən sonra Putinin ətrafındakı vəziyyət kökündən dəyişə bilər.
“Putinin yaxın adamları onu zəhərləyə bilər. Bu qaçılmaz olacaq”- deyə Ukrayna prezidentinin müşaviri bildirib.