image-rt-reklam
image-photo_184901backend

Ruslar İranın pilotsuz təyyarələri ilə Dneprə hücum etdi

image-728x90

Rusiya qoşunları noyabrın 9-na keçən gecə İranın pilotsuz təyyarələri ilə Dneprə kütləvi zərbə endirib.

Bu barədə Ukraynanın Dnepropetrovsk regional hərbi dairəsinin rəhbəri Oleksiy Rezniçenko məlumat verib.

Onun sözlərinə görə, işğalçılar logistika şirkətinə atəş açıblar. Düşmən zərbəsi güclü yanğına səbəb olub və 3000 kvadratmetrdən çox ərazi yanıb. Yanğınsöndürənlər alovu ram ediblər.

Dörd əməkdaş xəsarətlə xəstəxanaya yerləşdirilib, üçünün isə vəziyyəti ağırdır.

Bundan əlavə, işğalçılar növbəti dəfə “Qrad”dan Nikopol rayonuna atəş açıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90