Ukraynaya atılan raketlərdən biri Rumıniyanın hava məkanında daxil olub.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bu, NATO-nun hava məkanına birbaşa müdaxilə sayılır.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.
Kiyev, Dnepropetrovsk, Krivoy- Roq, Zaporojye, Dnepr, Vinnitsa, Xarkov, Nikolayev, Odessa şəhər və vilayətlərində partlayış səsləri eşidilib.
Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.