image-rt-reklam
image-mehkeme-azerbaycanlibackend

Rusiyada azərbaycanlı deputat həbs edildi

image-728x90

Moskvadakı Basmannı rayon məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə Kostroma Dövlət Dumasının Vahid Rusiya partiyasından deputatı İxtiyar Mirzəyevin həbs olunmasına dair qərar çıxarıb.

Məhkəmə qərarına görə Mirzəyev 2023-ci il yanvarın 5-dək həbsdə olacaq.

CurrentTime saytı yazır ki, əgər onun təqsiri sübut olunarsa, deputatı 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

SPARK analitik sisteminin məlumatına görə İxtiyar Mirzəyev Poliqon gecə klubunun sahibidir.

Bu gecə klubunda noyabrın 5-də baş vermiş yanğında 13 nəfər ölüb.

Mirzəyev noyabrın 7-də Vahid Rusiya partiyasının ali şurasına müraciət edərək bu təşkilatda üzvlüyünün dayandırılmasını xahiş edib.

Pirotexnika

Fövqəladə hallar xidmətinin araşdırmasına görə Poliqon gecə klubunda yanğına səbəb pirotexnikadan istifadə edilməsi olub.

Elə həmin gün polis ehtiyatsızlıqdan adamöldürmə ittihamı ilə cinayət işi qaldırıb.

Kostromadakı Poliqon klubunda baş vermiş yanğında şübhəli kimi 23 yaşlı hərbçi Stanislav İonkinin adı çəkilir.

O həmin gecə “Ovçu siqnalı” qurğusundan klubun tavanına bir neçə dəfə atəş açıb.

İonkin də təcridxanada yanvarın 5-dək saxlanacaq.

Müstəntiqlər habelə Poliqon klubunun işini təşkil edən İmperiya firmasının direktoru Natalya Belenoqovanı saxlayıblar.

Kostroma məhkəməsi onu iki ay müddətinə həbs edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90