“Qalatasaray” Moskva “Dinamo”sunun futbolçusu Arsen Zaxaryan üçün rəsmi təklif göndərib.
Ulusal.az xəbər verir ki, İstanbul təmsilçisi 19 yaşlı erməni əsilli yarımmüdafiəçi üçün 11+2 milyon avro təklif edib. “Dinamo” keçidə müsbət yanaşsa da, Arsen “Qalatasaray”a keçməkdən imtina edib.
Rusiya yığmasının formasını geyinən Arsen bu mövsüm “Dinamo” ilə 22 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi Rusiya vətəndaşlığı daşısa da, Qarabağ ermənisidir. Onun ailəsi I Qarabağ müharibəsi başlayan zaman Ağdərədən Samaraya köçüb. Arsen də məhz burada dünyaya gəlib. Böyük qardaşı David də futbolçu olub. Lakin zədə səbəbindən karyerasını erkən başa vurub.publika