Rusiya Prezidenti Vladimir Putin dekabrın 21-də Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasını keçirəcək.
Ulusal.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
“Rusiya Prezidenti Vladimir Putin dekabrın 21-də Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasını keçirəcək”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin 2022-ci ildəki fəaliyyətinin nəticələri Milli Müdafiəyə Nəzarət Mərkəzində keçiriləcək iclasda yekunlaşdırılacaq.
Kollegiya iclasında Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu əsas çıxış edəcək.