image-rt-reklam
image-media-image_750x_639f5827022c8-ghj4p50nfkrzso7cuibw-620x460backend

Putin Rusiya qazını Türkiyənin əli ilə sata bilməyəcək, çünki…

image-728x90

Rusiya Prezidenti Vladimir Putin qaz qovşağı ilə bağlı açıqlamasında deyib ki, Türkiyənin təbii qaz infrastrukturu mühüm potensiala malikdir. Onun sözlərinı görə, qarşıdakı illərdə Rusiya qaz tranzit mərkəzi yaratmağı planlaşdırır. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər. Putin bəyan edib ki, avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə – Türkiyədə müəyyən olunacaq.

Rusiyanın yaradacağı tranzit mərkəzdən Avropaya ixrac ediləcək qazın qiymətini Türkiyənin müəyyən etməsi hazırda nə qədər realdır və bu baş verərsə, ümumi qaz bazarına necə təsir edəcək? Eyni zamanda, qiymətləri Türkiyənin müəyyənləşdirməsi qardaş ölkəyə təzyiqləri artıra bilərmi?

Ulusal.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışanenerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, Türkiyənin qaz qovşağına çevrilməsi üçün ölkədə kifayət qədər yeraltı qaz anbarları mövcud olmalıdır. Ankaranın bu imkanı isə yoxdur.

Onun sözlərinə görə, bir neçə səbəb qısa müddətdə Türkiyənin qaz tranzit mərkəzinə çevrilməsini sual altında qoyur:

“Digər tərəfdən, Avropa ölkələri Rusiya qazını Türkiyə üzərindən almaqda maraqlıdırlarmı? Bu məsələlər açıq qalır. Artıq ilin 11 ayında Rusiya yaxın və uzaq xarici ölkələrə təxminən 98 milyard kubmetr qaz ixrac edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 80,2 milyard kubmetr azdır. Kifayət qədər azalma var. Cari ilin 11 ayında “Qazprom”un qaz hasilatı təxminən 394 milyard kubmetr təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 92,6 milyard kubmetr azdır. Digər tərəfdən, Türkiyə üzərindən Avropaya lazım olan qaz həcmlərini ötürmək mümkün deyil. Çünki yeni ixrac gücləri çəkilməlidir. Rusiyanın Ukraynaya hərbi təcavüzündən əvvəl Rusiya Avropaya bir neçə istiqamətdə – “Yamal-Avropa”, “Şimal axını-1” xətti ilə, Ukrayna qaz nəql sistemi üzərindən (“Soyuz” qaz kəməri) və Türkiyədəki “Türk axını-2” kəməri vasitəsilə 155 milyard kubmetr qaz ixrac edib. Türkiyə üzərindən Avropaya sadaladığım həcmləri ixrac etmək mümkün deyil”.

Z.Vəliyevin sözlərinə görə, Avropa ölkələri Türkiyə və ya başqa hansısa dövlətdən Rusiyaya məxsus molekul tərkibli karbohidrogenlərin idxalında maraqlı görünmür:

Ekspert vurğulayıb ki, texniki və texnoloji cəhətdən də Türkiyə üzərindən böyük ölçüdə Rusiyaya məxsus qaz həcmlərini Avropa ölkələrinə çatdırmaq faktiki olaraq mümkün deyil:

“Bu, baş verəcəyi təqdirdə, Avropa ərazisindəki qaz nəql sistemlərinin konfiqurasiyasında kifayət qədər dəyişiklik olmalıdır. Bu konfiqurasiya Türkiyə istiqamətinə yönəlməlidir. Hesab edirəm ki, bu, yaxın perspektivdə baş tutmayacaq.

Digər tərəfdən, “Qazprom” Türkiyənin qaz qovşağına çevrilməsində maraqlı deyil. Misal üçün, Krımın ilhaqından sonra Avropa İttifaqı “Cənub axını” qaz kəmərinin inşasına qadağa qoydu. Hansı ki, bu, Bolqarıstan üzərindən Avropa ölkələrinə istiqamət götürəcəkdi. Son çatdırılma məntəqəsi isə Avstriyanın Baumqarten məntəqəsi idi. Bu layihə gündəmdən çıxandan sonra, Rusiya prezidentinin, eyni zamanda ölkənin enerji şirkətlərinin rəhbərlərinin Türkiyəyə rəsmi səfəri oldu. Orada “Türk axını” layihəsinin inşası ilə bağlı imzalanma mərasimindən sonra “Qazprom” rəhbəri xarici jurnalistlərə açıq şəkildə bəyan etdi ki, Avropa bilərəkdən və ya bilməyərəkdən qaz ixracını Türkiyənin sərəncamına verdi. “Qazprom” belə Türkiyənin qaz qovşağı olmasında maraqlı deyil”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90