“Qonşu ölkənin enerji infrastrukturuna zərbələrimizlə bağlı çox səs-küy var. Bəli, biz bunu edirik. Bəs bunu kim başlatdı?…”
Bunu Rusiya Prezidenti Vladimir Putin ötən gün Kreml sarayında baş tutan mükafatlandırma mərasimində deyib.
Putin elan edib ki, qlobal tənqid Rusiyanın döyüş missiyalarına mane olmayacaq.
O, bu addımını Kiyevi Krım körpüsünə hücum, Kursk AES-dən gələn elektrik xətlərini partlatmaqda və Ukraynanın şərqindəki Donetskə su verməməkdə ittiham etməklə əsaslandırıb.
“Bir milyondan çox əhalisi olan şəhərə su verilməməsi soyqırım aktıdır”, – Putin bildirib.
Qeyd edək ki, videoda Putinin içkili olduğu görünür. Əlində içki bardağı tutan diktator bədənini yellədə-yellədə danışır və danışığında dağınıqlıq müşahidə edilir.“AzPolitika.info”