image-rt-reklam
image-050648669930c2863d87fb73442548e81-1-jpg-780x470backend

Özbəkistan Putinin “qaz ittifaqı”na girməkdən imtina edir

image-728x90
Prezident Vladimir Putinin keçmiş SSRİ-nin Orta Asiya respublikalarına təklif etdiyi “qaz ittifaqı” həvəslə qarşılanmadı. Kremlin yeni layihəsinin sanksiya risklərinə işarə edən Qazaxıstanın ardınca Özbəkistan ittifaqda iştirakdan imtina edib.
Ulusal.az xəbər verir ki, bu barədə Reuters yazır.
Energetika naziri Jurabek Mirzəmahmudov çərşənbə günü bildirib ki, Özbəkistan qonşu ölkələrdən qaz və elektrik enerjisi almaq üçün danışıqlar aparır, lakin “bir növ ittifaq və ya birlik yolu ilə deyil”.
Özbəkistanda ciddi qaz qıtlığı yaşansa da, bir sıra regionlarda elektrik enerjisinin kəsilməsi planlaşdırılsa da, Daşkənddə və Fərqanə vadisində qazqdoldurma məntəqələri fəaliyyətini dayandırsa da, Mirzəmahmudov bildirib ki, hakimiyyət “milli maraqları, iqtisadiyyatı və müstəqilliyi” təhlükə altına almaq niyyətində deyil.
“Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”, – deyə nazir vurğulayıb və əlavə edib ki, Özbəkistan Rusiyadan və başqa ölkədən yanacaq alacaq, yalnız sərfəli qiymətlərlə və müqavilə şərtləri ilə.
“Rusiya ilə qaz tədarükü ilə bağlı müqavilə imzalansa belə, bu, müttəfiqlik demək deyil”, – Mirzəmahmudov vurğulayıb. – Özbəkistanın Rusiya ilə ümumi sərhədi yoxdur. Ona görə də onun qonşu Qazaxıstan vasitəsilə çatdırılması yönündə danışıqlar aparılacaq. Bu, texniki müqavilə olacaq”.
Rusiya qazının Mərkəzi Asiya vasitəsilə Çin bazarına çıxacağı “üçlü qaz ittifaqı” ideyası noyabrın sonunda Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin Moskvaya rəsmi səfəri zamanı Putin tərəfindən təklif edilib.
“Rusiya, Qazaxıstan, Özbəkistanın sovet dövründən faktiki olaraq vahid qaz nəqli sistemi var. Bizim qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var”, – deyə Baş nazirin müavini Aleksandr Novak görüşdən sonra bildirib.
Qazaxıstanda bu ideya Tokayev Rusiyadan qayıtdıqdan iki gün sonra rədd edildi. Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko noyabrın 30-da bildirib ki, Qazaxıstan öz ərazisinin Qərb sanksiyalarından yan keçmək üçün istifadəsinə icazə verməyəcək və qaz birliyi layihəsini sanksiyalar risklərini nəzərə alaraq qiymətləndirəcək. Diplomat vurğulayıb ki, hər hansı qərar qəbul etməzdən əvvəl layihə diqqətlə öyrənilməlidir.(qaynarinfo)
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90