Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin yanvarın 10-da həbs edilə bilər. Ulusal.az xəbər verir ki, bu gün dekabrın 16-da İrəvanda ümumi yurisdiksiya məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Nikol Paşinyana qarşı iddiasına baxılıb.
Məhkəmə eks-prezidentin nümayəndəsi Hayk Alumyanın təqdim etdiyi sübutların tədqiqini başa çatdırıb.
Aparılan istintaq nəticəsində məlum olub ki, Nikol Paşinyan Robert Köçəryanı təhqir edib.
Məhkəmə prosesi başa çatıb, qərar 10 yanvar 2023-cü ildə elan olunacaq.