image-rt-reklam
image-qazaxbackend

Nikolun xəritəsi: 8 kənd qaytarılır? – Əliyevin bir həftə öncə verdiyi anons

image-728x90

Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması üçün razılığın olduğunu iddia edir.

Bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər, lakin Ermənstan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən, Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərini istəyir. Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır. Ermənistan bu kəndlər üzərindəki nəzarəti “bütün sərhəd xətti boyunca demilitarizasiya zonasının yaradılması” ilə aradan qaldırmaq niyyətindədir.

Demilitarizasiya zonasının yaradılması – orduların sərhəd boyunca geri çəkilməsi həm də müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod (Kəlbəcər istiqamətində) və Xəzinəvar (Laçın istiqamətində) ərazisində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki, Azərbaycan ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.

Mümkündür ki, masada “barter” məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün “dəhliz yaratmaq” problemi yaratdığına görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür, digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var;

Və yaxud tərəflər “29,8 – 86,6” prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər.

Masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik, xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda.

Hərçənd, Azərbaycanın iki məsələdə öz mövqeyinin olduğunu deyə bilərik:

Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;
İkincisi, sərhəddə “demilitarizasiya zonası”nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi;

Bu baxımdan, Paşinyanın iddia etdiyi “menyu” üzərində razılaşmanın reallığı sual altındadır.

Əliyevin mayın 28-də Laçında səsləndirdiyi “Delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq” sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır. Azərbaycan məsələni masada yox, sahədə həll edə bilər.

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90