image-rt-reklam
image-323437102_1201452160500236_4907484025989373290_nbackend

“Bu medal İrəvanın azərbaycanlılara məxsus şəhər olduğunu sübut edir” –Millət vəkili

image-728x90
“Rusiyanın İrəvan xanlığını işğal etməsi ilə bağlı buraxılan daha bir tarixi medal bu şəhərin azərbaycanlılara məxsus müsəlman şəhəri olduğunu sübut edir. Şəkildə gördüyünüz medal 1827-ci ildə Təbrizdə, şəhər rusların nəzarətində olarkən buraxılıb. Medal İrəvan şəhərinin alınmasında iştirak edən rus hərbçilərinə təqdim edilmək üçün nəzərdə tutulub.” – Ulusal.az xəbər verir ki, bunu sosial şəbəkə hesabından millət vəkili Elnur Allahverdiyev bildirib.
Millət vəkili İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu faktlar sübut etdiyini əlavə edib.
“Üzərindəki təsvirdən görünür ki, ikibaşlı qartal aslana qalib gəlir. Məlum olduğu kimi, aslan və qılınc İrəvan xanlığının da bayrağında təsvir olunur. Bu isə növbəti dəfə rusların İrəvanı kimdən aldığının göstəricisidir. Şəhərin işğalı dövründə onun ermənilərlə heç bir bağlılığı olmayıb.” – millət vəkili əlavə edib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90