“Qarabağdakı siyasi elita sakitləşmir. İndi konstitusiya dəyişiklikləri prosesinə başlayıblar. Mən isə onların bəyan etdikləri məqsədlərinə inanmıram. Çünki bu məqsədlərə çatmağın başqa yolları da var və onlar bunu çox yaxşı bilirlər”. Ulusal.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.
O bildirib ki, sözügedən prosesdə əsas problem başqadır. “Doymaq bilməyən Arayik Harutyunyan hamını razı salmaq, hamını qane etmək istəyir. Üstəlik hamını deyəndə hərfi mənada hamını nəzərdə tuturam: Paşinyan, Əliyev, Putin, Qarabağ elitaları, Ermənistan müxalifəti və s. Və ona elə gəlir ki, o, uğur qazana bilər. Yazırlar ki, Paşinyan Samvel Babayanı Qarabağda vəzifəyə təyin etmək istəyir. Əliyev Ruben Vardanyanın Qarabağda olmasına qarşıdırmı? Ruslar nə istəyir, yenə problem yoxdur? Və beləliklə, bir gün qərar verib, ertəsi gün bu qərarı dəyişdirərək yaşayırlar. Bu, Araik Harutyunyanın taktikasıdır”.
Melik-Şahnazaryan qeyd edir ki, hazırda “konstitusiya”ya dəyişiklik etmək oyunu qurublar. “Deyirlər ki, bu, Samvel Babayanın istəyi ilə edilir. Yenə xəbər saytlarına görə, sonuncu Qarabağın baş naziri olmaq istəyir. Ya da prezident ola bilər. Əgər Samvel Babayan Qarabağda vəzifə sahibi olarsa, ya da prezident olarsa, bu, Araik Harutyunyanın Qarabağa son pisliyi olacaq. Təbii ki, sabah yenə fikrini dəyişməsə”.jamaz