image-rt-reklam
image-2backend

“İrəvan üçün sülhdən başqa variant yoxdur” -Elnur Allahverdiyev

image-728x90

“Son 2,5 il göstərdi ki, Ermənistanın və onun havadarlarının heç bir cəhdi yeni reallığı dəyişə bilməz. Nə yenidən ordu yaratmaq cəhdləri, nə beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmaq çabaları bizi yolumuzdan döndərmək, geosiyasi gerçəkliyi dəyişmək iqtidarında deyil.” – Ulusal.az xəbər verir ki, bu fikirləri Real Televiziyasına millət vəkili Elnur Allahverdiyev bildirib.

Millət vəkili əlavə edib ki, bu reallığı tək Paşinyan deyil, bütün erməni xalqı qəbul etməkdədir və edəcək.

“Əslində müharibədə məğlub olan Paşinyana seçkilərdə dəstək verən erməni xalqı bununla yeni savaşdan qorxduğunu və bu siyasətin Ermənistana bəladan başqa heç nə vermədiyini bildirmiş oldu. Bu baxımdan, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən həm də erməni xalqının ona verdiyi dəstəyə güvənir. Hər halda gec də olsa, erməni xalqı reallıqla barışmalıdır.” -deyə Elnur Allahverdiyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90