image-rt-reklam
image-888backend

Nikol Paşinyan: “Biz gücsüz vəziyyətdəyik, müttəfiqlər belə bizi dəstəkləmir”

image-728x90

Dünən İrəvanda hakim “Mülki Müqavilə” Partiyasının kollegiya iclası keçirilib. Ulusal.az xəbər verir ki, iclasda Ermənistanın baş naziri, həm də sözügedən partiyanın rəhbəri Nikol Paşinyan da iştirak edib.

Həmin iclasda bir sıra məsələlər, o cümlədən Azərbaycanla münasibətlər də müzakirə edilib. Paşinyan çıxışında deyib ki, həm partiya, həm də ölkə olaraq vəziyyətləri çox pisdir.

Ermənistanın baş naziri qeyd edib ki, hazırda müharibənin olub, olmaması özlərindən asılıdır. “Müharibə təhlükəsi var. Bunun olub, olmaması bizdən asılıdır. Lakin bir həqiqəti bilməlisiz ki, Ermənistanın hazırda müttəfiqi yoxdur. Belə demək mümkünsə, gücsüz vəziyyətdəyik. Çünki müttəfiqlər bizi dəstəkləmir”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90