image-rt-reklam
image-0efec9ed-ec50-48c4-858d-a6fabd8b1c77backend

“Microsoft” Azərbaycandakı ofisini bağlayır – “Cənablar, bu, bizim üçün utancdır!…”

image-728x90

Dünyanın ən nüfuzlu informasiya texnologiyaları nəhənglərindən olan “Microsoft” Azərbaycandakı ofisi bağlanmaq üzrədir.

Ulusal.az xəbər verir ki, bu barədə “Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Microsoft Azerbaijan” bağlanır, bəli, ağlasığmaz olsa da, bu, belədir. Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram”– o qeyd edib.

O.Gündüz bildirir ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.

“Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar. Görünür, “Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.

Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır”, – ekspert əlavə edib.

O.Gündüz əlavə edir ki, bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, “Microsoft”un Azərbaycandan gedişini təsəvvürünə belə gətirməzdi: “Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər, dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Ümumiyyətlə, son illərdə “Microsoft” daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı”.

Ekspert xatırladır ki, “Microsoft” Rusiya və Belarusda da fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, şirkətin Rusiya ofisinin 500 dən çox işçisi bir anda çölə atılıb.

“Microsoft”un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək? “Windows”, ofis proqramları,

“Ofice365”, “Azure”, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq? Bütün bunlar necə dəstəklənəcək, koordinasiya necə olacaq?

O.Güman güman edir ki, Azərbaycandakı bu işlər “Microsoft”un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq: “Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı “Microsoft” həlləri – məsələn MS Teams və s. Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında “Microsoft” həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s. Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, “Microsoft”un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Üzüntülü olsa da, hazırda reallıq belədir. Nə etməli? Doğurdanmı hər şey bitib? Kimdi baş verənlər üçün günahkar?

Düşünmürəm ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız “Microsoft”un qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki, Prezident İlham Əliyev də Davosda “Microsoft” rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı. Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı.

Bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı. Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. “Microsoft” həllərindən böyük yaşıl enerji layihələrində istifadə olunmadı. Məsələn, “Microsoft”a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun”.

Ekspert hesab edir ki, hələ də gec deyil. Onun sözlərinə görə, ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdıR: ““Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə “Microsoft”u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı.Baş verənlərə çox təəssüf edirəm.

Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır”.

Cənablar, bir daha vurğulamaq istərdim, “Microsoft”un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır”, – Osman Gündüz vurğulayıb.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90