image-rt-reklam
image-photo_185027backend

Məşhur güneyli futbolçu edam ediləcək – İrandan dəhşətli qərar

image-728x90

İran məhkəməsi Azərbaycan əsilli keçmiş futbolçu Əli Daei barəsində ölüm hökmü çıxarıb.

Ulusal.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, Məhza Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılaraq həbs edilən millinin keçmiş üzvündən bir müddətdir xəbər yoxdur.

Rəsmi dairələr hələlik məsələ barədə açıqlama verməyib. Əli Daeinin vaxtilə futbol oynadığı “Bavariya” klubu məsələ barədə açıqlama yayıb.

Klub açıqlamasında keçmiş futbolçusu Əli Kəriminin də yoxa çıxmasından narahatlıq ifadə edib.

“Klub olaraq keçmiş futbolçularımız barədə narahatıq. Onların və ailələrinin yaxşı olduğunu eşitməyimizə ehtiyacımız var. İrandakı Almaniya səfirliyi ilə əlaqə saxladıq. Məsələni diqqət saxlayacağıq”.

Qeyd edək ki, İran parlamenti aksiyalar zamanı saxlanılanların edam edilməsi barədə qərar qəbul edib. Onların sayının 15 min olduğu irəli sürülür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90