İranda hüquq mühafizə orqanları həbsləri davam etdirir. Ulusal.az xəbər verir ki, bu dəfə İranın ən məşhur bəstəkarlarından biri Əbülfəz Əbulməali noyabrın 21-də Təbrizdəki iş yerində həbs olunub.
Azərbaycanlı musiqiçi və bəstəkarın həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.
Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə İslam Respublikası rejiminin qüvvələri Güney azərbaycanlıları geniş həbs dalğasına start veriblər.