Məşhur rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Rusiyaya qayıdıb.
Ulusal.az Rusiya mediasına istinadən xəbər verir ki, Sobçakın hazırda Rusiya sərhədini keçdiyi və Pskov vilayətində olduğu bildirilir. Qeyd edək ki, hökumətə müxalif olan məşhur jurnalist Rusiyanın Ukraynaya təcavüz etdiyini bəyan etmişdi. Bundan sonra onun evində axtarış aparılıb. Teleaparıcya dələduzluq etmə iddiası ilə cinayət işi açılıb.






















