“Rusiya hərbçiləri Ukrayna obyektlərinə kütləvi zərbələr endirərkən Kiyevdəki hədəflərə zərbə endirməyib”.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“Biz həmçinin xüsusi olaraq vurğulamaq istəyirik ki, noyabrın 15-də Ukrayna ərazisindəki obyektlərə yüksək dəqiqlikli silahlardan kütləvi zərbə endirilməsi zamanı Kiyev şəhərindəki obyektlərə bir dənə də olsun raket hücumu həyata keçirilməyib”, – deyə o, bildirib.

Departament qeyd edib ki, Ukrayna və xarici hava hücumundan müdafiə sistemlərinin zenit-raket komplekslərinin düşməsi Ukrayna paytaxtının yaşayış məntəqələrində dağıntılara səbəb olub.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko bildirib ki, noyabrın 15-də ölkənin infrastrukturuna xüsusi hərbi əməliyyat başlayandan bəri ən böyük zərbə vurulub. Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində partlayışlar baş verib. Odessa, Nikolayev, Lutsk və Dnepr qismən işıqsız qalıb. Lvov 80% enerjisiz qalıb, şəhər isti su və işıqsız qalıb.”Unikal”