image-2000x150
image-16476961943747124033_1000x669backend

“İranın ordusunda gecəgörmə cihazları və avadanlıqları çatışmır” – Ədalət Verdiyev

image-728x90

Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası, hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Bu təlim İranı təlaşa salıb. İran niyə əndişələnir? Hərbi ekspert Ədalət Verdiyev Ulusal.az-a açıqlamasında bildirib ki, İran Azərbaycan və Türkiyə təlimlərindən qorxuya düşüb.

“Bizim keçirtdiyimiz təlimlər İranı qorxuya salır. Bu təlimlərdən İran da keçirtdi. Hər kəs o təlimlərdən görüntüləri gördü. İran ordusu gecə təlimi keçirə bilmədi. Çünki İranın ordusunda gecəgömə cihazları və avadanlıqları çatışmır. Bu ordu atışları belə dəqiqliklə həyata keçirə bilmədi. İran öz hədəflərini vurdu ki, bu da gülüş hədəfinə çevrildi. İrandan fərqli olaraq Azərbaycan – Türkiyə təlimlərindən möhtəşəm görüntülər izlədik” – deyə hərbi ekspert bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90