İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyaları ilə həmrəy olduqlarını bildirdikdən və açıq şəkildə hicablarını çıxardıqdan sonra həbs ediliblər. Ulusal.az xəbər verir ki, bu barədə IRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilir ki, məşhur aktrisalar Hengame Ghaziani və Katayoun Riah sosial şəbəkələrdə yazdıqları “təxribat xarakterli” paylaşımları araşdırmaq üçün prokurorluğa çağırıldıqdan sonra həbs ediliblər.
Xatırladaq ki, İranda hökumət əleyhinə etirazlar 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. İran polisi bir neçə gün sonra dünyasını dəyişən gənc qızı hicab geyinmədiyi üçün həbs etmişdi.