İran İnqilab Keşikçiləri Ordusu tərəfindən istehsal edilən “Kaim-100” adlı peyk daşıyıcı raketin sınaq uçuşunun uğurla həyata keçirildiyi açıqlanıb. Ulusal.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. İnqilab Keşikçiləri Ordusu “Kaim-100” adlı peyk daşıyıcı raketini kosmosa uğurla buraxıb.
İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı “Nahid” peykini yaxın vaxtlarda “Kaim-100” raketi ilə kosmosa çıxarmağı planlaşdırırlar.






















