image-rt-reklam
image-0dcc512b-9926-4707-8ba6-364b42cde8a5backend

İRAN-ERMƏNİSTAN DİVERSİYA QRUPU TƏXRİBAT HAZIRLAYIR! – Azərbaycana hücuma SEPAH generalı rəhbərlik edəcək…

image-728x90

“Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək”.

Bu sensasiyalı məlumatı “Haqqin.az” saytı diplomatik mənbələrdən aldığı informasiyaya istinadla yazıb.

“Hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik (Zəngəzur-red.) rayonunda yerləşir. Burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır”, – məlumatda qeyd olunur.

Saytın məqaləsində bildirilir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır: “Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var”.

Məlumatda bildirilir ki, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. “Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək”, – məqalədə bildirilir.

Məlumatda daha sonra qeyd olunur ki, Azərbaycan Ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. “Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək”, -sayt yazır.

“Haqqin.az”da olan məlumata görə, bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın “Şahed” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.

Sayt yazır ki, planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan Ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Məlumatda daha sonra bildirilir: “Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan Xarici İşlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub. Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunur. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqlədi”.

Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt da təsadüfi seçilməyib. “Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə eskalasiya vəziyyətinə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar”, -məqalədə qeyd olunur.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90