Səfəvilərin ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu.
O, 1500-ci ildə, Şah İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. Həsən Padşah öləndə də vəsiyyət eləmişdi ki, onun oğlanları bu sədaqətli, ağıllı vəzirin sözünü eşitsin.
Onun məşhur “Qanunnamə”sinin hazırlanmasında Şəmsəddin Zəkəriyyə yaxından iştirak etmiş, onu bütün ölkədə tətbiq eləmişdi.
Zəkəriyyə Keçəçi uzun illər Təbriz sarayının vəziri olmuşdu.
Həsən Padşahın, Sultan Yaqubun, Bəysunqurun vaxtında bu vəzifəni daşımış və ölkənin qüdrətinin artmasında böyük xidmətlərinə görə ona “Ömdəti əd dövlə” – dövlətin dirəyi ləqəbi verilmişdi.
Şah İsmayıl onun mühüm rolunu qeyd edərək ona “Kilid-i Azərbaycan” (Azərbaycanın açarı) adını vermişdi.
Şah İsmayıl Şirvanda Fərrux Yasər üzərində 1500-1501-ci illərdəki uğurlu qələbələrdən sonra Əmir Zəkəriyyə Təbrizi Köcəcinin məsləhəti ilə Gülüstan qalasının mühasirəsindən əl çəkib, Ağqoyunlu Əlvənd Mirzəni aradan götürmək üçün cənuba yollanmışdı.
Keçəçi ailəsi — Baharlı (Qaraqoyunlu), Bayanduriyyə(Ağqoyunlu) və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi idi.
Vəzir olaraq O, hərbi yürüşlərdə də iştirak edir, onun xidmətləri yalnız mülki və mali işlərlə məhdudlaşmırdı. Baş vəzirin ixtiyarında bir neçə min silahlı əsgər olurdu [İlk səfəvilərin hakimiyyəti zamanı fəaliyyət göstərən vəzirin vəzifəsi XV əsr qaraqoyunlu və ağqoyunlu vəzirlərinin vəzifələrindən bir qədər fərqlənirdi. Belə ki, XVI əsrdə vəzirin də fəaliyyət dairəsi genişlənmiş və Şahın sözçüsü olmuşdur. Dövlət və din işləri baş vəzirin ixtiyarında idi.
1524-cü il mayın 23-də Şah İsmayıl qəflətən vəfat edir. “Ömdəti əd dövlə” və “Kilid-i Azərbaycan” titulunu alan vəzir Şəmsəddin Zəkəriyyəni isə zəhərləyib öldürürlər. Bəzi mənbələr onu zəhərlənməsi əmrinin İngiltərədən verildiyini yazır və bunun üçün xüsusi bir casusun Londondan Təbrizə göndərilməsi yazılır.
Prof.Dr.Zaur Əliyev