“Gənc Ailə” proqramı uşağı olmayan cütlüklərə də mənzil üzrə güzəştlər verir.
Rusiya hökumətinin qərarına əsasən, “Gənc Ailə” proqramı çərçivəsində dövlət dəstəyindən uşağı olmayan ailələr də yararlana bilər. Proqramın şərtlərinə görə, bu cütlüklərə mənzilə görə sosial ödəniş verilir ki, bu məbləğ mənzilin hesablanmış dəyərinin azı 30 faizini təşkil edir.
Ulusal.az xəbər verir ki , proqram uşaqlı ailələr üçün bu məbləği 35 faizə qədər artırır. Lakin uşağı olmayan ailələr də bu proqramdan yararlanmaq hüququna malikdirlər.
Qeyd edək ki, bu məsələ yaxın günlərdə gündəmə gəlib – belə ki, Maqnitoqorsk Metallurgiya Kombinatının əməkdaşlarından biri Rusiya Prezidenti Vladimir Putindən proqramın şərtlərinin dəyişdirilməsini və uşağı olmayan ailələrə də əvvəlcədən güzəştlərin verilməsini xahiş etmişdi.
Proqramın şərtlərinə əsasən, ər-arvad 35 yaşdan yuxarı olmamalı, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duymalı və ailənin gəliri alınacaq mənzilin qalan hissəsini ödəməyə imkan verməlidir. Güzəştin əldə edilməsi üçün ailə müəyyən sənədləri toplayaraq qeydiyyata düşməli və növbəsini gözləməlidir.
Verilən subsidiya ipoteka borcunun bağlanmasına və ya başqa üsullarla mənzil alınmasına sərf oluna bilər.